Lukaşenko xəsarət alıb
20
yan
2024
20:11
Belarus Prezidenti Aleksandr Lukaşenko odun doğrayarkən xəsarət alıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Belarus liderinin özü “Belji” zavoduna səfəri zamanı bildirib.
"Odun doğrayırdım və təxminən 80 kiloqramlıq ağac parçası ayağıma düşdü", - Lukaşenko deyib.
O əlavə edib ki, zədə əvvəlcə özünü hiss etdirməyib və normal yeriyib, lakin sonra xəsarət alan hissə şişib.
Lukaşenko xoşagəlməz hadisəyə görə bu gün keçirilən xokkey oyununu buraxmalı olub.
Oxşar xəbərlər
Lukaşenko "Vaqner" rəhbərinin Belarusda olduğunu təsdiqləyib
Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin Belarusda olduğunu təsdiqləyib. “Report” Belarus KİV-inə istina...