Putin və Lukaşenko son vəziyyəti müzakirə ediblər
Belarus Prezidenti Aleksandr Lukaşenko və Rusiya Prezidenti Vladimir Putin növbəti telefon danışığı zamanı "Vaqner"in rəhbəri Yevgeni Priqojin ilə danışıqların nəticələrini müzakirə ediblər.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə Belarusun teleqram kanalları məlumat yayıb.
Rusiya Prezidenti aparılan danışıqlara belaruslu həmkarına təşəkkür edib.
Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb.
Məlumatı Belarus Prezidentinin mətbuat xidməti də təsdiqləyib. Bildirilir ki, vəziyyətin həlli üçün “Vaqner” qırıcıları üçün təhlükəsizlik zəmanəti ilə sərfəli və məqbul variant hazırlanıb.
Qeyd olunur ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar günboyu davam edib.
“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.
Oxşar xəbərlər
Lukaşenko Priqojini razı saldı: “Vaqner” Moskvaya yürüşü dayandırdı
Belarus prezidenti Aleksandr Lukaşenko Vladimir Putinin razılığı ilə Yevgeni Priqojinlə danışıqlar aparıb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə...