SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə yayımı qadağan edilən "Kızıl Goncalar" serialının rejissoru buna etiraz edib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, rejissor Ömür Atay serial sektoruna qoyulan qadağanı kəskin şəkildə qınayıb:
"Yayımı dayandırdılar. Sektordan "Qadağaya yox" deyən heç kim yoxdur. Azad düşüncəyə və serial çəkilişinə qadağa əməliyyatı həyata keçirirlər.
Biz hazırda çəkiliş meydanındayıq. Hekayəmizi danışmağa və çəkməyə davam edirik. Burdan tamaşaçılarımıza salam göndəririk".
Xatırladaq ki, "Kızıl Goncalar"ın ötən bölümünün yayımına qadağa qoyulub. Ekran işi 9 milyon lirə dəyərində cərimələnib. Serialın yayımlanmayan bölümü yerinə zəlzələ ilə bağlı sənədli film nümayiş olunub. 
BAKU.WS
QALEREYA