Argentinadan Ekvadora dəstək: Ordu göndərə bilərik
Argentina hökuməti iğtişaşların yatırılmasına kömək etmək məqsədilə Ekvadora təhlüksizlik qüvvələrini göndərməyə hazırdır.
Bu barədə ölkənin təhlükəsizlik naziri Patrisiya Bulriç məlumat verib.
"Biz onlara kömək etməyə, ehtiyac olarsa, təhlükəsizlik qüvvələrini göndərməyə hazırıq",-deyə o, TN televiziyasına müsahibəsində bildirib.
Argentinalı nazir əlavə edib ki, Ekvadorda vəziyyətin pisləşməsi bütün qitə üçün problemdir: "Ekvador, Kolumbiya, Peru və Boliviyada baş verənlər Argentinaya təsir edir".
Argentinanın xarici işlər naziri Diana Mondino isə öz növbəsində X şəbəkəsində yazıb ki, Buenos Ayres sosialist narko-terrorçu qrupların çevriliş cəhdinə qarşı mübarizədə Ekvador təhlükəsizlik qüvvələrini tam dəstəkləyir.
Oxşar xəbərlər
Ekvadorda kütləvi iğtişaşlar: İkisi polis olmaqla, 10 nəfər öldürüldü - VİDEO
Ekvadorda baş verən iğtişaşlarda neçə nəfərin öldüyü məlum olub Ekvadorda silahlı iğtişaşlar zamanı azı on nəfər həlak olub. Bu barədə ölkənin Milli Polis İdarə...