Argentinadan Ekvadora dəstək: Ordu göndərə bilərik

Argentinadan Ekvadora dəstək: Ordu göndərə bilərik
Siyasət 6

Argentina hökuməti iğtişaşların yatırılmasına kömək etmək məqsədilə Ekvadora təhlüksizlik qüvvələrini göndərməyə hazırdır.

Bu barədə ölkənin təhlükəsizlik naziri Patrisiya Bulriç məlumat verib.

"Biz onlara kömək etməyə, ehtiyac olarsa, təhlükəsizlik qüvvələrini göndərməyə hazırıq",-deyə o, TN televiziyasına müsahibəsində bildirib.

Argentinalı nazir əlavə edib ki, Ekvadorda vəziyyətin pisləşməsi bütün qitə üçün problemdir: "Ekvador, Kolumbiya, Peru və Boliviyada baş verənlər Argentinaya təsir edir".

Argentinanın xarici işlər naziri Diana Mondino isə öz növbəsində X şəbəkəsində yazıb ki, Buenos Ayres sosialist narko-terrorçu qrupların çevriliş cəhdinə qarşı mübarizədə Ekvador təhlükəsizlik qüvvələrini tam dəstəkləyir.

Son xəbərlər