SİZİN REKLAM BURADA!
055 213 76 73


Aktyor və ssenari müəllifi Ozan Güven yenidən çəkiliş meydanına qayıdır.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyor 3 il aradan sonra "Taş, Kağıt, Makas" adlı ekran işində rol alacaq.

Serial "Kanal D"də yayımlanacaq. Serialda Ozanla yanaşı Ekin Koç, Serra Arıtürk, Ozan Güven, Burak Yörük, Hande Ataizi, Aytaç Uşun, Bülent Seyran, Selim Galip kimi aktyorlar da yer alacaqlar.

"Taş, Kağıt, Makas" koreya serialı "Remember: War Of The Son" əsasında çəkilir. Ozan Güvenin ekran işində hansı rolu canlnadıracağı isə hələ ki, açıqlanmayıb.

Serialın rejissorluğu Yusuf Pirhasana həvalə edilib. “Taş Kağıt Makas”da gecəqonduda yaşayan Umutun, atasının günahsız olduğunu sübut etmək üçün apardığı mübarizədən bəhs edilir. 

BAKU.WS
QALEREYA