"Ailə" serialının bu bölümü Türkiyədə ən çox reytinq qazanıb - FOTO

Ailə serialının bu bölümü Türkiyədə ən çox reytinq qazanıb - FOTO
Siyasət 3

Türkiyədə sevilərək izlənilən "Ailə" serialı daha bir uğura imza atıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, reytinqli ekran işinin 20-ci bölümü AB qrupunda (Ali təhsilli insanlar) ən çox izlənilən serial kimi zirvəyə yüksəlib.

"SHOW TV" yayımlanan və "Ay Yapım" şirkətinin istehsalı olan ekran işi 5 saat boyuna reytinqlərdə ilk yerdə qalmağı bacarıb.

Nümayiş olunan bu bölümdə serialın əsas rol ifaçısı Aslan (Kıvanç Tatlıtuğ) silahla vurulur. Aksiyonlu serialda gələn həftə də həyəcan dolu anların yaşanacağı bildirilib.

Xatırladaq ki, "Aile" baş rollarında aktyorlar Kıvanç Tatlıtuğ və Serenay Sarıkaya çəkiliblər.

İlk dəfə tamaşaçılara bu ilin fevralın 14-də təqdim edilib. Serialda Soykan ailəsinin başçısı Aslan Soykanla həyat yolu kəsişən psixoloq Devin Akının eşq hekayəsindən bəhs edilir.

Son xəbərlər