SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Cennifer Lopez bu il 81-ci dəfə keçirilən "Qızıl Qlobus" mükafatlarının təqdimetmə mərasiminə qatılıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, həyat yoldaşı Benn Afleklə Qırmızı xalıda görüntülənən Lopezə jurnalistlərdən biri şəxsi həyatı ilə bağlı sual verib.

Tədbir zamanı media əməkdaşı sənətçiyə "Ben Affleklə evliliyinizin “son evlilik” olduğunu necə bildiniz?” sualını ünvanlayıb.

Bu sual Lopezi xeyli güldürsə də, dünya mətbuatında bəyənilməyərək tənqid edilib.

İfaçı gülərək suala bu formada cavab verib:

"Bildiklərinizi kimsə söyləyəndə bilirsiniz. Bilmədiyiniz nələrsə varsa deməli o barədə həqiqətən də bilmirsiniz. Mənə görə hər hansı bir işdə addım atmazdan əvvəl xoş niyyətli biri olmaq lazımdır".

Jurnalistin sənətçiyə verdiyi sual dünya mətbuatında “Aidiyyatı olmayan”, “Qəribə sual” kimi dəyərləndirilib.

Sosial media istifadəçiləri isə "Aman Allah! Cennifer Lopezə belə sual verildiyinə inana bilmirəm! Cennifer Lopezi birdən çox evlilk həyatı olduğuna görə utandırıblar" kimi şərhlər yazaraq ifaçıya belə sual verməyin qəbuledilməz olduğunu vurğulayıblar.

Xatırladaq ki, Cennifer Lopez Benn Afflekdən əvvəl üç dəfə evlənib. Mark Entoni, Kris Cudd və Ocani Noa onun ərləri olublar.

Lopez 4-cü dəfə 2022-ci ildə Las Veqasda aktyor Benn Affleklə evlənib.

BAKU.WS