Cennifer Lopez: “Əvvəl bu qədər xoşbəxt olmamışdım”
Cennifer Lopez son zamanlar özünü çox pozitiv hiss etdiyini bildirib.
BAKU.WS “people.com”a istinadən xəbər verir ki, 51 yaşlı ifaçı hazırda həyatının ən gözəl dövrünü yaşadığını bildirib:
“Mən çox xoşbəxtəm. Bilirəm, insanlar mənim üçün hər zaman narahat olurlar. “Necəsiniz?” “İşləriniz necə gedir?”, - deyə soruşurlar.
Sadəcə onu deyim ki, daha əvvəl heç bu qədər xoşbəxt olmamışdım. Mən mənə dəyər verən insanları sevirəm.
Hazırda bütün sevgini və xoşbəxtliyi qarşılamağa hazıram. Həyatın əsl marağı isə bütün bunlara çatanda başlayır.
Hazırda yaşadığım həyat tam ürəyimcədir. İşimi sevirəm. Bu sevgi və xoşbəxtlik məni həyata daha çox ruhlandırır”.
Qeyd edək ki, sənətçi 20 il əvvəl sevgili olub ayrıldığı aktyor Ben Affleklə eşq yaşayır. Bu günlərdə Lopez müğənni Raúl Ruiz Alehandro ilə “Cambia El Paso” sinqlı üzərində çalışır.
Oxşar xəbərlər
Cennifer Lopezin dənizdəki bu görüntüləri çox danışılır - FOTO
Məşhur müğənni Cennifer Lopez yeni layihəsi ilə bağlı obyektiv qarşısına keçib. BAKU.WS xəbər verir ki, sənətçi “Cambia El Paso” adlı yeni mahnısı üçün dənizdə...