SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə 2023-cü ildə sənət aləmindən bir çox məşhurlar vəfat edib.

BAKU.WS Türkiyə mətbuatına isinadən həyatını itirən məşhurları təqdim edir:

Burhan Çaçan

"Çakmak Çakmağa Geldik", "Ayaz Geceler" və "Neden Geldim İstanbula" kimi bir çox unudulmaz albomlar çıxaran türk xalq musiqisi sənətçisi və aktyoru Burhan Çaçan yanvarın 12-də 63 yaşında dünyasını dəyişib.

Kazım Akşar

1979-cu ildə Dövlət Teatrlarında aktyor kimi fəaliyyətə başlayan, İngiltərə Milli Teatrında "The Winter's Tale", "The Tempest" və "Cymbeline" tamaşalarında köməkçi aktyor kimi rol alan aktyor Kazım Akşar 28 fevralda dünyasını dəyişib. 

Rana Cabbar

"Aşk-ı Memnu", "Yaprak Dökümü", "Pars Narkoterör", "Kadın" və "Hercai" seriallarındakı rolları ilə tanınan teatr, kino və serial aktyoru Rana Cabbar aprelin 20-də 78 yaşında, müalicə aldığı xəstəxanada vəfat edib. 

Özkan Uğur

MFÖ qrupunun üzvü, məşhur musiqiçi, bas gitarist və aktyor Özkan Uğur iyulun 8-də dünyasını dəyişib. Musiqi dünyasında bir çox adın albomlarında vokal oxuyan, kino və serial sektorunda oynadığı rollarla yaddaşlarda qalan Uğur 70 yaşında vəfat edib.

Metin Uca

Kocaelinin Dilovası rayonunda avtomobil idarə edərkən narahatlıq keçirərək yol qəzasına düşən televiziya proqramçısı, teatr aktyoru və aparıcı Metin Uca noyabrın 17-də 62 yaşında dünyasını dəyişib.

Can Gürzap

Yazıçı və pedaqoq, eyni zamanda teatr, kino və televiziya aktyoru olan Can Gürzap dekabrın 1-də 79 yaşında dünyasını dəyişib.

Tanju Tuncel

"Yeşilçam"da çoxsaylı filmlərdə rol alan türk kinosunun ustadı Tanju Tuncel iyulun 15-də dünyasını dəyişib. 83 yaşında dünyasını dəyişən aktrisa bir çox film və seriallarda rol alıb.

BAKU.WS