SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli tanınmışlar sadəcə türk dilini deyil, başqa dilləri bilir və bu dillərdə çox yaxşı danışırlar. Bu da öz növbəsində xarici filmlərə çəkilən tanınmışların işini asanlaşdırır.

BAKU.WS Türkiyə KİV-ə istinadən bir çox dil bilən məşhurları təqdim edir:

Türkiyəli model və aktrisa Azra Akın uzun müddət Niderlandda yaşadığı üçün holland dilini bilir. Akın həmçinin ingilis dilində də danışır.

Məşhur aktyorlar Bergüzar Korel və Halit Ergenç də rol aldıqları seriallar sayəsində xaricdə çox sevilirlər. Birlikdə ingilis dilində müsahibələr verirlər.

İstanbul Universitetinin Turizm İdarəetmə Bölməsinin məzunu olan Burcu Esmersoy da ingilis dilini bilən məşhurlardan biridir.

Boğaziçi Universitetinin məzunu Cem Yılmaz da ingilis dilində axıcı danışığı ilə seçilir. 

Aktyor Cemal Hünal "Saint Benoit"də universitet bitirib. Fransız dilini çox yaxşı bilir.

Aktrisa Fahriye Evcen Almaniyada doğulub böyüyüb. Ona görə alman dilini doğma dili kimi bilir.

Müğənni Hadisədən daha çox xarici dil bilən məşhurlardan biri də Filiz Ahmeddir. Makedon əsilli Filiz Ahmed makedon, türk, isveç, ingilis və serb dillərini bilir. Bir az bolqarca da danışa bilir.

Məşhur müğənni Hadise Belçikada doğulub böyüdüyü üçün həm fransız, həm də holland dilində çox yaxşı danışır. Həmçinin ingilis və fransız dillərini də yaxşı bilir.

"Emmy" mükafatlı Haluk Bilginer də Hollivud filmlərində rol aldığı üçün ingilis dilini ən yaxşı bilən məşhurlardandır.

Aktrisa Hazal Kaya, Türkiyədə italiyan liseyinin məzunu olub. O, italyan dilini çox yaxşı bilir.

Aktyor Kıvan Tatlıtuğ da ingilis dilində danışa bilir. Onun məşhur rejissor Ceyms Kameronla müsahibəsi də var.

Azərbaycanəsilli aktrisa Nəsrin Cavadzadə dörd dildə sərbəst danışır.  O rus, ispan, azərbaycan və ingilis dillərini bilir. Cavadzadənin sözlərinə görə, bu il ərəb və yapon dillərini də öyrənməyə başlayıb.

BAKU.WS