SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivudun əfsanəvi aktyorlarından olan Robert De Niro "Raging Bull" filmindəki rolu ilə 1981-ci ildə ikinci və sonuncu "Oscar"ını qazanıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hazırda rejissor Martin Scorsesenin filmi "Killers of the Flower Moon"dakı performansıyla "Qızıl Qlobus" namizəd olan aktyor, "Oscar"a da namizəd olarsa yeni rekord qıracaq.

Belə ki, De Niro "Oscar"da "Ən yaxşı köməkçi aktyor" nominsiyasında qalib olsa, aktrisa Katherine Hepburna aid "Aktyorun ilk və son "Oscar" namizədliyi arasındakı ən uzun müddət" tituluna yiyələnəcək. Bu titulun "Oscar" tarixində tam adı "Bir aktyorun "Oscar" qazanması arasındakı ən uzun il aralığı" adlanır. 

Bununla da yeni bir rekorda imza atacaq. 80 yaşlı aktyorun bu namizədliyi gələn ilin yanvarın 24-də bəlli olacaq. 

BAKU.WS