70, 80, 90 yaşında ATA OLANLAR - Övladınızın xərçəngə tutulma riski arta bilər - FOTO

70, 80, 90 yaşında ATA OLANLAR - Övladınızın xərçəngə tutulma riski arta bilər - FOTO
Siyasət 110

Artıq qoca yaşlarında ata olan şəxslərə tez-tez rast gəlinir. Məsələn, bu həftə 83 yaşlı məşhur aktyor Al Paçinonun 29 yaşlı sevgilisi Noor Alfallahdan uşağı dünyaya gəlib.

Al Paçinodan başqa ötən ay 7-ci dəfə ata olan 79 yaşlı Robert De Niro da qoca yaşında ata olanlar siyahısına daxil olub. Qoca yaşlarında ata onlanlar sadəcə tanınmış aktyorlar deyil, onlar arasında musiqiçilər və digər peşələrdə çalışan insanlar da var.

BAKU.WS "BBC"yə istinadən xəbər verir ki, statistikalar gec yaşda ata olanların sayının ilbəil artdığını göstərir.

1972-2015-ci illər arasında bu müddət 3 il 5 aya qədər artıb. ABŞ-də ilk dəfə ata olanların yaşı 30-dur.

"Ginnesin Rekordlar Kitabı"ndakı rekord 92 yaşında ata olan bir şəxsə aiddir. Lakin ondan da böyük yaşlarda ata olan şəxslərin olduğu, amma bunun təsdiqlənmədiyi iddia edilir.

Qoca yaşda ata olmağın bəzi riskləri var.

2022-ci ilin dekabrında Utah Universitetinin alimləri qoca yaşda ata olmağın uşağın sağlamlığında təsirli olan zərərli tərəfləri araşdırıblar.

Əldə edilən məlumatlara görə, artıq 40 ya da 50 yaşında olan kişilərdə sperma keyfiyyətinin sayı, sıxlığı, hərəkətliliyi azalır.

Alimlərin fikrincə, bu atanın yaşının çox olması ilə birbaşa əlaqəlidir. Başqa diqqət çəkən məqam isə, doğuşdan sonra uşaqlarda yaranan müxtəlif xəstəliklərdir.

Qoca yaşda ata olmağın riskləri sadəcə bununla da yekunlaşmır.

1950-ci illərdən bəri aparılan araşdırmalar göstərir ki, qocalıqda ata olanların uşaqları cırtdanlığın bir forması olan akondroplaziyadan da əziyyət çəkirlər.

Utah Üniversitesinin alimləri yaşlı ata və ananın övlad dünyaya gətirməsinin onun səhhətinə birbaşa təsir etdiyini açıqlayıblar.

Stanford Universitetinin tədqiqatçıları isə deyirlər ki, qocalıqda ata olan insanların uşaqları çəki problemləri və qıcolmalarla qarşılaşa bilər. Bənzər bir şəkil xərçəng və ürək xəstəliyi riskinin artdığını göstərir.

Əlbəttə ki, uşaqların sağlamlığına təsir edən valideynlərin həyat tərzi və hava çirklənməsi kimi amillər də var.

Tarixən, hamilə qadının yaşına diqqət yetirlir. Lakin indi bu vəziyyətlərdə atanın yaşının da vacib olduğu aydın görünür.

Son xəbərlər