Nigeriyada yaraqlıların hücumu nəticəsində ölənlərin sayı 100-ü ötüb
25
dek
2023
23:50
Nigeriyanın Plato ştatının bir neçə kəndində silahlı qruplaşmaların hücumu nəticəsində ölənlərin sayı 113-ə çatıb.
“Report” AFP-yə istinadən xəbər verir ki, bu barədə yerli orqanlar bildirib.
Xatırladaq ki, daha öncə 16 nəfərin öldürüldüyü açıqlanmışdı. Nigeriya ordusunun nümayəndəsinin sözlərinə görə, insident şənbədən bazara keçən gecə Platonun Muşu kəndində olub.
Qeyd edək ki, may ayından bəri sözügedən ştatda icmalar arasında toqquşmalar baş verir. Həmin qarşıdurmalar indiyədək azı 160 nəfərin ölümü ilə sonuclanıb, 3 mindən çox insan evlərindən didərgin salınıb.
Oxşar xəbərlər
Kamerunda bina uçdu: 12 ölü
Kamerunun Duala şəhərində binanın uçması sonucunda azı 12 nəfər ölüb. BAKU.WS xəbər verir ki, bu barədə Frans Press Agentliyi (AFP) yanğınsöndürənlərə istinadən...