Kamerunda bina uçdu: 12 ölü
23
iyl
2023
19:30
Kamerunun Duala şəhərində binanın uçması sonucunda azı 12 nəfər ölüb.
BAKU.WS xəbər verir ki, bu barədə Frans Press Agentliyi (AFP) yanğınsöndürənlərə istinadən məlumat yayıb.
Qeyd olunur ki, daha beş nəfərin vəziyyəti ağırdır.
AFP-nin məlumatına görə, hadisə şənbədən bazara keçən gecə baş verib.
Dördmərtəbəli yaşayış binası yaxınlıqdakı birmərtəbəli binanın üzərinə uçub.
Hadisənin baş vermə səbəbləri barədə məlumat verilmir.
Oxşar xəbərlər
Marseldə partlayışdan sonra bina uçdu - FOTO/VİDEO
Fransanın Marsel şəhərinin mərkəzində yaşayış binası uçub. BAKU.WS xəbər verir ki, bu barədə BFM televiziyası məlumat yayıb. Məlumata görə, bina uçmazdan əvvəl...