İsrailin ordusu Qəzzada daha 8 hərbçisini itirdi

İsrailin ordusu Qəzzada daha 8 hərbçisini itirdi
Siyasət 0

İsrail ordusu Qəzza zolağında Fələstinin HƏMAS hərəkatı ilə döyüşlər zamanı daha 8 əhərbçisini itirib.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, hərbçilərin hamısı son 24 saat ərzində Fələstin anklavının mərkəzi hissəsində baş verən silahlı toqquşmalar zamanı həlak olub.

Qeyd edək ki, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı zamanı hərbi itkilərinin sayı 152-yə çatıb. Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan indiyədək həlak olan əsgər və zabitlərin ümumi sayı artıq 485 nəfərdir.

Son xəbərlər