Tanınmış gürcü rejissor vəfat etdi
Məşhur gürcü kinorejissoru Otar İoseliani 89 yaşında vəfat edib.
Bu barədə onun dostu, fotoqraf və jurnalist Yuri Rost öz tekleqram kanalında məlumat verib.
O.İoseliani 2 fevral 1934-cü ildə Tbilisidə anadan olub. Rejissor beynəlxalq mükafatlara layiq görülmüş "Xəzəl" və "Pastoral" kimi filmlərin müəlifidir.
1980-ci illərin əvvəllərindən İoseliani Fransada işləməyə başlayıb, burada bir neçə sənədli və bədii filmlər çəkib.
1984-cü ildə o, Gürcüstan SSR xalq artisti adını alıb. Rejissor üç dəfə Venesiya kinofestivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb, "Gümüş ayı", iki dəfə "Nika" mükafatı qazanıb.
Oxşar xəbərlər
Vaxtanq Kikabidze vəfat edib - VİDEO
Gürcüstanın Xalq artisti, tanınmış aktyor və müğənni Vaxtanq Kikabidze 85 yaşında vəfat edib. Bu barədə Gürcüstanın "Mtavari Arxi" televiziyası məlumat yayıb. V...