Gürcüstan müxalifəti Tbilisidə növbəti aksiya keçirdi - FOTO

Gürcüstan müxalifəti Tbilisidə növbəti aksiya keçirdi - FOTO
Foto
Siyasət 102

Gürcüstanın müxalifət partiyaları paytaxt Tbilisidə parlament binasının qarşısında aksiya keçirib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, iştirakçılar keçmiş prezident Mixeil Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi, onun azadlığa buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Vahid Milli Hərəkat Partiyasınn sədri Nika Meliya bildirib ki, sabah Tbilisidə bir neçə yerdə aksiya təşkil olunacaq.

Qeyd edək ki, M.Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb və Rustavidəki 12 saylı həbsxanaya yerləşdirilib. O, ötən gün Tbilisinin 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülüb. Sabah siyasətçinin işi üzrə Tbilisi Şəhər Məhkəməsində prosesin keçiriləcəyi gözlənilir. İş 2007-ci ildə Tbilisidə müxalifətin mitinqinin dağıdılması və “İmedi” teleşirkətinə hücumla bağlıdır.

Oxşar xəbərlər

Saakaşvilinin atası xəstəxanaya yerləşdirildi

Saakaşvilinin atası xəstəxanaya yerləşdirildi

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin atası Nikoloz Saakaşvili xəstəxanaya yerləşdirilib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, 77 yaşlı N.Saa...

174 Siyasət 23:17 21 oktyabr 2021

Son xəbərlər