Saakaşviliyə azadlıq tələbi ilə keçirilən mitinq başa çatdı - YENİLƏNİB
Tbilisidə sabiq prezident Mixeil Saakaşviliyə dəstək olaraq “Mişaya azadlıq!” şüarı altında keçirilən kütləvi mitinq başa çatıb.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, üç saatdan çox davam edən aksiyada on minlərlə insan iştirak edib.
Genişmiqyaslı mitinqə dövlət himninin canlı oxunması ilə yekun vurulub.
Sonda çıxış edən Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliya deyib ki, üçüncü prezidentin həbsdə qalacağı müddətdə Gürcüstanda əmin-amanlıq hökm sürməyəcək.
O qeyd edib ki, eks-prezident azadlığa buraxılmayana qədər mübarizə dayandırılmayacaq.
VMHP sədri aksiyaya qatılan müxalifət partiyalarının nümayəndələri və sıravi vətəndaşlara təşəkkürünü bildirib.
***
19.14
Tbilisinin mərkəzi Azadlıq meydanında eks-prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə kütləvi mitinq başlayıb.
Aksiyada ilk öncə oktyabrın 8-də Batumidə baş vermiş faciə nətcəsində ölənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mitinqə “Yaşasın Gürcüstan!”, “Mişaya azadlıq!” şüarlı müxtəlif bölgələrdən çoxsaylı iştirakçılar qatılıb. Vahid Milli Hərəkat Partiyasının təşkil etdiyi aksiyada müxalifətçilər və üçüncü prezidentin tərəfdarları iştirak edirlər.
Aksiyada M.Saakaşvilinin müraciəti oxunacaq.
Mitinq ilə bağlı şəhərin Respublika meydanından Azadlıq meydanına qədər olan mərkəzi avtomobil yolu bir neçə saat öncə bağlanıb. Meydan ətrafına əlavə polis qüvvələri və xüsusi təyinatlılar səfərbər olunub.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, hazırda Rustavi həbsxanasındadır və artıq 14-cü gündür aclıq aksiyası keçirir.
Qalereya
Oxşar xəbərlər
Saakaşvilinin azad edilməsi tələbi ilə aksiyaya start verildi
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin tərəfdarları onun azad olunması tələbi ilə Tbilisidəki parlament binasının qarşısına toplaşıblar. BAKU.WS “Re...