Gürcüstanın müxalif partiya sədri həbs olundu
Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri Nika Meliyaya qarşı həbs qətimkan tədbiri seçilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bununla bağlı Tbilisi Şəhər Məhkəməsi Baş Prokurorluğun müraciəti əsasında qərar qəbul edib.
Məhkəmə iclası 6 saata yaxın davam edib. N.Meliya prosesdə iştirak etməyib.
Müxalifət liderləri və tərəfdarları VMHP-nin mərkəzi ofisində toplaşıblar. Onlar N.Meliyanın həbsinə imkan verməyəcəklərini bildiriblər.
VMHP sədri deputat mandatından imtina etsə də, formal olaraq parlamentin üzvü olaraq qalır. Qanunverici orqan ötən gün N.Meliyanın deputat toxunulmazlığını ləğv edib.
Qeyd edək ki, 2019-cu ilin iyununda müxalif siyasətçi zorakılıqda iştirak ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Tbilisi Şəhər Məhkəməsinin qərarı ilə o, 30 min lari məbləğində girov müqabilində azadlığa buraxılıb və elektron qolbaq vasitəsilə nəzarətdə alınıb. N.Meliya ötən ilin noyabrında qolbağı çıxarıb. Bundan sonra girovun məbləği 40 min lariyə qədər artırılıb və ödənilməsi üçün 50 gün müəyyən edilib. Müddət fevralın 12-də başa çatıb. N.Meliya girovu ödəməkdən imtina edib.
Oxşar xəbərlər
“Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası üçüncü qələbəsi ilə ölkə tarixinə düşdü
Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 31-də keçirilən parlament seçkiləri üzrə 3847 məntəqədən 3735-də səsləri hesablayıb. AZƏRTAC xəbər verir ki,...