Temur Abazov azadlığa buraxıldı - FOTO

Temur Abazov azadlığa buraxıldı - FOTO
Siyasət 1144
Gürcüstanın Marneuli rayonunun sabiq rəhbəri, əslən azərbaycanlı Temur Abazov azadlığa buraxılıb.BAKU.WS-in "Report"a istinadən məlumatına görə, bu barədə Rustavi Şəhər Məhkəməsi qərar qəbul edib.Gürcüstanın Baş Prokurorluğundan T.Abazovun 10 min lari məbləğində girov müqabilində azad edildiyi bildirilib.Qeyd edək ki, T.Abazov bu il iyunun 13-də Marneuli rayon sakini Elçin Allahverdiyevə qarşı qeyri-insani və alçaldıcı davranış faktı ilə bağlı saxlanılıb. Günahı sübuta yetiriləcəyi təqdirdə, onu 5 ildən 10 ilədək həbs cəzası gözləyirdi.BAKU.WS

Son xəbərlər