Son 1 ildə hansı ölkələrdə parlament buraxılıb? - SİYAHI

Son 1 ildə hansı ölkələrdə parlament buraxılıb? - SİYAHI
Siyasət 451

Hazırda Azərbaycan siyasi gündəminin ən önəmli məsələsi 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkiləridir.

BAKU.WS xəbər verir ki, 2019-cu il 5 dekabrda Prezident İlham Əliyev Milli Məclisin buraxılması haqqında sərəncam imzalayıb.

21 dekabrdan etibarən namizədlərin Dairə Seçki Komissiyalarında sənədlərinin qəbul prosesi başlayıb. 2020-ci ilin 17 yanvarında isə namizədlərin təbliğat-təşviqat işlərinə start verilib.

Son məlumata görə, 1447 nəfərin namizədliyi qeydə alınıb.

Azərbaycanda parlamentin buraxılması Prezident İlham Əliyevin son aylarda həyata keçirdiyi iqtisadi, sosial və siyasi islahatlarına uyğun olaraq atılan addım kimi qiymətləndirilir.

Parlamentin buraxılması təkcə Azərbaycanda deyil, son 1 ildə 10-a yaxın ölkədə baş tutub. Gəlin həmin ölkələrə nəzər yetirək:

- Moldova

Noyabrın 12-də Maya Sandunun başçılıq etdiyi hökumət istefaya gedib.

Noyabrın 14-də Moldova parlamenti baş nazir qismində İon Kikunun namizədliyini təsdiq edib. 101 deputatdan 62-si baş nazirin yeni hökumət qurmasını dəstəkləyib.

- Kanada

Sentyabrın 11-də Kanadanın Baş naziri Castin Trüdo ölkə parlamentinin buraxıldığını elan edib.

Oktyabrın 21-də keçirilmiş parlament seçkisinin ilkin nəticəsinə görə, baş nazir Castin Trüdonun Liberal Partiyası önə çıxıb. Amma hakim partiya qanunverici orqanın aşağı palatası olan İcmalar Palatasında çoxluq qazana bilməyib. Hökuməti formalaşdırmaq üçün 170 mandat lazım olsa da, Liberal Partiya 338 seçki dairəsinin 157-də üstünlük qazanıb.

21 noyabrda Kanada parlamenti Castin Trüdonun andiçməsindən sonra yenidən formalaşıb və 36 nazir (18 qadın, 18 kişi) təyin edilib.

- İngiltərə

Noyabrın 6-da Breksit prosesinin ləngiməsi səbəbindən İngiltərə parlamenti buraxılıb.

Dekabrın 12-də keçirilən seçkilərdə Baş nazir Boris Consonun rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası parlamentdə 358 yer əldə edib və təkbaşına iqtidara gəlib. Beləliklə, Breksitin baş tutması üçün keçirilən səsvermədə səs çoxluğu əldə edilib və İngiltərənin Avropa İttifaqından ayrılması barədə qərar qəbul edilib. Hazırda Kraliça II Elizabetin bu qərarı təsdiqləməsi gözlənilir.

- Rusiya

Yanvarın 15-də Rusiya Baş Naziri Dmitri Medvedevin rəhbərlik etdiyi hökumət istefaya gedib.

Dmitri Medvedev prezident Vladimir Putinin başçılıq etdiyi Təhlükəsizlik Şurası sədrinin müavini təyin edilib.

Yanvarın 16-da Rusiya Dövlət Dumasının deputatları Mixail Mişustinin Baş Nazir vəzifəsinə namizədliyini təsdiqləyib. 383 nəfər onun lehinə səs verib, 41 nəfər bitərəf qalıb.

Yanvarın 21-də Putin “İcraedici hakimiyyətin Federal orqanlarının strukturu haqqında” fərman imzalayıb. Hökumətin yeni tərkibi Baş Nazir və 9 müavindən ibarət olub.

Qeyd edək ki, son 1 ildə Özbəkistan, Ukrayna, İsrail, İspaniya, Peru, Yunanıstan və Avstriyada da parlamentlər buraxılıb və yeni hökumətlər formalaşıb. İraqda isə kütləvi aksiyalar fonunda Baş nazir istefa verməyə məcbur olub.

Fərid ƏDALƏT

Son xəbərlər