Saakaşvilinin atası xəstəxanaya yerləşdirildi

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin atası Nikoloz Saakaşvili xəstəxanaya yerləşdirilib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, 77 yaşlı N.Saakaşvilini infarkt vurduğu bildirilir.
O, hazırda Çapidze adına Kardioloji Klinikadadır. Tibbi müəssisədən bildirilib ki, N.Saakaşvilinin vəziyyəti qənaətbəxşdir və onda aritmiya əlamətləri müşahidə olunur.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidə 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib. O, özünü siyasi məhbus hesab edir və azadlığa buraxılması tələbi ilə artıq 21-ci gündür aclıq aksiyası keçirir.

Oxşar xəbərlər
Həkimlər Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə etdi
Gürcüstanda həbsdə saxlanılan keçmiş prezident Mixeil Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi tövsiyə olunur. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu b...