SİZİN REKLAM BURADA!
055 213 76 73


"Barbie" filminin rejissoru Qreta Qerviq 2024-cü ildə Kann Film Festivalında münsiflər heyətinə rəhbərlik edəcək ilk amerikalı qadın rejissor olacaq.

BAKU.WS-in məlumatına görə, bu barədə "AFP" pportalı məlumat yayıb.

Festivalın prezidenti İris Knoblox və baş direktor Tieri Fremauksun fikrincə, Qerviq dünya kinosunun yenilənməsini cəsarətlə təcəssüm etdirir.

Qeyd edək ki, bu ilin iyulun 19-da "Barbie" filminin premyerası olub. Təkcə ilk həftəsonunda filmin kassası 356 milyon dollar təşkil edib. Məşhur gəlinciyin gəlinciklər ölkəsindən qaçmasından bəhs edən film artıq 2023-cü ildə "Guardians of the Galaxy Vol. 3" və "The Super Mario Bros. Movie" kimi filmləri geridə qoyaraq ən yüksək gəlirli filmə çevrilməyi bacarıb.

"Barbie" filmində baş rolların ifaçıları Margo Robbi və Rayan Qoslinqin çəkildikləri heç bir filmin büdcəsi belə böyük məbləğ toplamayıb.

BAKU.WS