Çexiyanın Baş Qərargah rəisi Rusiya ilə müharibə ehtimalını istisna etməyib

Çex Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karel Rjeka Qərb ölkələri ilə Rusiya arasında müharibə ehtimalını istisna etməyib.
Bu barədə “Report” “CTK” xəbər agentliyinə istinadən xəbər verir.
Onun sözlərinə görə, Rusiya ilə gərginliyin artması fonunda münaqişə yarana bilər, baxmayaraq ki, heç kim onun artmasını istəmir:
“Hədə-qorxu ilə münaqişənin qarşısını almaq olar. Rusiya həqiqətən də görməlidir ki, bizim özümüzü müdafiə etmək qabiliyyətimiz və iradəmiz var. Söhbət hansısa bəyannamədən getmir. O, həqiqətən münaqişəyə girməyin mənasız olduğunu görməlidir”.
O, Ukraynanı dəstəkləməyə çağırıb və bu ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsində Avropa İttifaqının birliyini vurğulayıb.
Oxşar xəbərlər
İşçi qrupu Çex Senatının qərəzli qətnaməsinə kəskin etirazını bildirib
Çex Respublikası Senatının regionumuzda baş verən proseslərə dair qəbul etdiyi qeyri-obyektiv, mövcud reallıqları təhrif edən qətnaməsi təəssüf doğurur. Azərbay...
