SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur influenser Fati Camali "Qalatasaray"ın mərakeşli ulduzu Hakim Ziyeş barəsində dediyi sözlərə görə üzr istəyib.

BAKU.WS xəbər verir ki, influenser bu həftə canlı yayımda İstanbulda Hakim Ziyeşlə xoşagəlməz görüş keçirdiyini deyib.

Belə ki, Camali İstanbula səfər çərçivəsində Ziyeşlə görüşdüyünü, futbolçunun laqeyd münasibəti ilə qarşılaşdığını iddia edib. Bu səbəbdən də Camali Ziyeşi indiyə qədər rastlaşdığı ən təkəbbürlü insan adlandırıb.

Bu açıqlamadan sonra Ziyeşdən həmlə gecikməyib. Mərakeşli futbolçu sosial şəbəkədə amerikalı futbol məşqçisi Deion Luvynn Sanderin qısa videosunu paylaşıb. Ziyeşin paylaşımında, "Haqqımda səsləndirdiyin fikirlərinin məni maraqlandırdığını düşünürsən? Sənin mənim haqqımda olan fikrin heç bir şəkildə mənim özüm barədə fikrimlə üst-üstə düşmür. Sən məni yaratmamısan, ona görə də məni heç vaxt qıra bilməzsən. Məni yaradan Allahdır. Ona görə də mənim üçün edə biləcəyiniz heç bir şey yoxdur", - sözləri qeyd olunub.

Hakim Ziyeşin paylaşımına qısa zamanda dəstək mesajları gəlib. Camali bu əhvalatı danışdığına görə peşman olduğunu bildirib və Ziyeşdən üzr istəyib.

BAKU.WS