Şefin fenomen həyat yoldaşına tıxacda hücum etdilər - FOTO

Məşhur türkiyəli teleaparıcı Arda Türkmenin fenomen həyat yoldaşı Melodi Erbirlilər qızı ilə tıxacda maşın sürərkən sürücünün hücumuna məruz qalıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə öz instaqram səhifəsində paylaşım edib:
"Yaşadığım qorxunu izah edə bilmərəm. Qapılarınızı bağlı saxlayın, tıxacda pəncərələrinizi açmayın", - deyə Erbirlilər qeyd edib.
Fenomen İnstaqram hesabında etdiyi paylaşımda yol hərəkəti zamanı heç bir problem yaşamadığı bir mafiozun hücumuna məruz qaldığını qeyd edib.
"Halloween bayramını uzaqda axtarmaq lazım deyil. Sakin tıxacda sürücü arxadan gələn maşınından düşdü, qapımı zorladı və heç bir tıxac olmadığını düşünərək məni maşından çıxartmağa çalışdı. Xoşbəxtlikdən, qapılar bağlı idi:
“Həmin an hiss etdiyim qorxumu və hirsimi izah edə bilmirəm. Ətraf dəli adamlarla doludur, lütfən, pəncərə və qapılarınızı mümkün qədər bağlı saxlayın”.
Qalereya
Oxşar xəbərlər
Naim Süleymanoğlunun Türkiyəyə QƏRİBƏ QAÇIŞ HEKAYƏSİ - BU FOTOLARI İLK DƏFƏ GÖRƏCƏKSİNİZ
Üçqat Olimpiya çempionu mərhum türkiyəli ağır atlet Naim Süleymanoğlunun Türkiyəyə qaçırılmasında vacib rol oynayan Rasim Arda idmançının Türkiyəyə qaçış planın...
