Məhkəmə Arda Turanın bu görüntüsü ilə bağlı qərarını açıqladı - VİDEO

Məhkəmə Arda Turanın bu görüntüsü ilə bağlı qərarını açıqladı - VİDEO
Video
Siyasət 247

Türkiyə Məhkəməsi tanınmış futbolçu Arda Turanın müğənni Berkay Şahinin həyat yoldaşı Özlem Ada Şahinə qarşı zor tətbiq etməsi ilə bağlı iddiaya yenidən baxıb.

BAKU.WS xəbər verir ki, qarşı tərəfin apellyasiya şikayətindən sonra məhkəmə Arda Turana ikinci dəfə bəraət verib.

İstanbul 41-ci Asliye Cəza Məhkəməsi ulduz futbolçuya qarşı qaldırılan “cinsi təcavüz” ittihamını əsassız sayıb.

Qeyd edək ki, Arda Turanın Emirqandakı məkanda Berkayın həyat yoldaşı Özlem Şahinə sataşdığı, daha sonra Berkayla dalaşdığı iddia olunurdu. Arda Turanın həmçinin Berkayın burnunu sındırdığı deyilirdi.

Son xəbərlər