Hindistan təhlükəsizlik qüvvələri İŞİD-çiləri həbs edib

Hindistan Milli İstintaq Agentliyinin əməkdaşları Maharaştra və Karnataka ştatlarında keçirilən antiterror əməliyyatı zamanı İŞİD terror təşklatının 15 silahlısını həbs ediblər.
“Report” xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.
Həbs edilənlər terror fəaliyyətlərində, o cümlədən Hindistanda hücumlar və zorakılıqlar üçün istifadə ediləcək əldəqayırma partlayıcı qurğuların hazırlanmasında fəal iştirak ediblər.
Həbslər 44 rayon və qəsəbədə təhlükəsizlik qüvvələrinin genişmiqyaslı əməliyyatı zamanı həyata keçirilib. Yaraqlılardan külli miqdarda pul, elektron rabitə vasitələri və silahlar müsadirə edilib.
Oxşar xəbərlər
İsrail ordusu HƏMAS-ın 29 döyüşçüsünü ƏLƏ KEÇİRİB
İsrail hərbçiləri İordan çayının Qərb sahilində keçirilən antiterror əməliyyatı zamanı Fələstinin HƏMAS təşkilatının 29 silahlısını saxlayıb. BAKU.WS xəbər veri...
