Ziyarətgahın üzərinə ağac aşdı - 7 ölü, 30-dan çox yaralı - FOTO
Hindistanın Maharaştra əyalətində ziyatərgahın üzərinə ağac aşıb. Nəticədə 7 nəfər ölüb, ən azı 30 nəfər isə yaralanıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Maharaştra əyalətinin Akola bölgəsində, güclü külək nəticəsində baş verib.
Belə ki, ritual zamanı 100 yaşlı ağac ziyarətgahın qalay konstruksiyasına düşüb. Strukturun altında qalanlar isə ətrafdakılar tərəfindən çıxarılıb.
Polisin verdiyi açıqlamada hadisə nəticəsində 7 nəfərin həyatını itirdiyi, ən azı 30 nəfərin yaralandığı qeyd olunub.
Həmçinin yaralıların müalicə olunmaq üçün yaxınlıqdakı xəstəxanaya aparıldığı, onlardan 5-nin vəziyyətinin ağır olduğu bildirilib. Maharaştra əyalətinin baş nazirinin müavini Devendra Fadnavis ölənlərin ailələrinə başsağlığı verib və hökumətin ailələrə təzminat ödəyəcəyini açıqlayıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb - YENİLƏNİB
Türkiyədə zəlzələdə ölənlərin sayı 17 406-a çatıb, 71 806 nəfər yaralanıb. Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib. ***22:42 Türkiyədə zəlzə...