SİZİN REKLAM BURADA!
055 213 76 73


Virciniya Universitetinin tibb fakültəsinin tədqiqatçıları müəyyən ediblər ki, fermentləşdirilmiş qidalarda və qatıqda olan laktobakteriyalar orqanizmə stressin öhdəsindən gəlməyə kömək edir və depressiyanın qarşısını alır.

BAKU.WS xəbər verir ki, bu barədə təhqiqat "Brain Behavior and Immunity (BBI)" jurnalında dərc edilib.

İnsan bağırsaq mikrobiomu mikroorqanizmlərin (bakteriyalar və göbələklərin) unikal toplusudur.

Alimlər izah ediblər ki, onların sayı və bir-biri ilə qarşılıqlı əlaqəsi immunitet sisteminə və psixi sağlamlığa təsir göstərir. Səhv pəhriz və ya digər səbəblərdən yaranan bağırsaq disbiozunun depressiya, narahatlıq pozğunluqları və xərçəng də daxil olmaqla bir çox xəstəliyin inkişafına töhfə verdiyi bilinir.

Tədqiqat qrupu normal insan bağırsaq florasının bir hissəsi olan və qıcqırdılmış (turşu kələm) və fermentləşdirilmiş (qatıq) qidalarda olan laktobasillərə, probiotik bakteriya növünə diqqət yetirib. Bunun üçün onlar laboratoriya siçanlarından istifadə edərək təcrübə aparıblar. Alimlər birinci qrup gəmiricilərin mikrobiomundan laktobasilləri xaric ediblər.

Alimlər aşkar edib ki, "Lactobacillacea" ailəsindən olan laktobasillər əhval-ruhiyyəni və orqanizmin stressə reaksiyasını tənzimləyən interferon qamma adlı immun vasitəçinin normal səviyyəsini saxlamaqdan məsuldur. Onların bədəndə olması narahatlıq və depressiya inkişaf riskinin aşağı olması ilə əlaqələndirilir.

Tədqiqatçılar ümid edirlər ki, onların kəşfi psixi pozğunluqların qarşısının alınması və müalicəsi üçün yeni üsulların inkişafına səbəb olacaq.

BAKU.WS