SİZİN REKLAM BURADA!
055 213 76 73


COVID-19 pandemiyasının zərərlərindən hələ də yaxa qurtara bilməyən Çin bu dəfə başqa bir epidemiya təhlükəsi ilə üzləşib.

BAKU.WS xəbər verir ki, bu dəfə ölkədə gizli sətəlcəm epidemiyası yayılır. Bu səbəbdən Pekin və Liaoning məktəblərində xeyli şagird xəstələnib.

Xəstəliyinin ilkin simptomları yüksək hərarət və ağciyərlərdə nodül (düyün) yaranmasıdır. Bəzən bu xəstəlik arasıkəsilməz öskürəklə də müşahidə edilə bilər.

Pekində bir vətəndaş, Tayvanın xəbər saytı "FTV News"a bunları deyib:

"Bir çox uşaq xəstəxanaya yerləşirilib. Xəstəxanalar uşaqlarla dolub-daşır. Öskürək ya da hər hansı bir simptomları yoxdur. Sadəcə yüksək hərarət və ağciyərlərində düyün var".

Epidemiya ilə bağlı əhaliyə xəbərdarlıq da edilib. "ProMed" adlı Beynəlxalq xəstəliklərin araşdırmaları mərkəzi uşaqlar arsında yayılan sətəlcəm xəstəliyi barədə bildirib ki, epidemiyanın nə vaxt başladığı bilinmir. Bu böyüklərə təsir etmir. Epidemiyanın şagirdlər arasında yayılması bunun sadəcə məktəblərdə meydana gəldiyini göstərir.

Xəstəxanaya yerləşdirilənlər arasında ölüm faktı hələk ki qeydə alınmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST ) Çindən yayılan epidemiya ilə bağlı detallı və rəsmi məlumat istəyib. ÜST Çin xalqına uyğun olan peyvəndi etdirmələrini, xəstə adamlardan uzaq durmalarını və xəstələnən zaman evdə qalmalı olduqlarını bildirib. 

BAKU.WS