İsrail ordusu jurnalistlərə "Şifa" xəstəxasının altındakı tuneli göstərib - FOTO/VİDEO

23
noy
2023
16:52
İsrail ordusu bir qrup jurnalisti "Şifa" xəstəxanasının altında olduğu deyilən tunellərə aparıb. Uzunluğu 164 metr olan tunelin HƏMAS döyüşçüləri tərəfindən hərbi sığınacaq kimi sitifadə edildiyi bildirilib.
Tunelin sonundakı qonaq otaqlarında kondisioner, mətbəx, vanna otağə və paslı ağ plitələrdən hörülmüş otaqda bir cüt metal çarpayı olub.
İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib ki, aşkar olunan tuneldən HƏMAS döyüşçüləri komanda mərkəzi kimi istifadə edib.
O əlavə edib ki, silahlıların rahat hərəkət edə biləcəyi tunel beton bloklarla bərkidilib.
Qalereya
Oxşar xəbərlər
Qəzza tunellərində İsrail ordusu ilə HƏMAS arasında şiddətli döyüş gedir - FOTO
İsrailin baş naziri Binyamin Netanyahu ölkəsinin atəşkəs çağırışlarını rədd etdiyini açıqladıqdan sonra qarşıdurmaların "Qəzza metrosu" kimi tanınan yeraltı tun...
