İsrail HƏMAS-ın raket qüvvələrinin rəis müavinini məhv edib
İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari Qəzza zolağına gecə zərbələri zamanı HƏMAS-ın raket qüvvələrinin rəis müavininin və bu təşkilatın onlarla obyektinin məhv edildiyini bildirib.
Bu barədə BAKU.WS “report”a istinadən xəbər verir.
Həmçinin onlarla HƏMAS tərəfdarının öldürüldüyü də bildirilir.
Bundan əvvəl HƏMAS-ın Qəzza zolağında saxladığı girovların təsdiqlənmiş sayının 212-yə çatdığı açıqlanıb.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı və 200-dən çox inası girov götürüb. Bu fonda İsrailin baş naziri Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir Qılınclar” adlanıb və məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsi idi.
Oxşar xəbərlər
İsrail Livanla sərhəddə 14 yaşayış məntəqəsini boşaldacaq
İsrail Müdafiə Qüvvələri bildirib ki, ölkə hakimiyyəti Livanla sərhəddə yerləşən 14 şəhəri boşaldır. Bu barədə ordunun teleqram kanalında məlumat verilib. Qeyd...