İsrail Livanla sərhəddə 14 yaşayış məntəqəsini boşaldacaq
İsrail Müdafiə Qüvvələri bildirib ki, ölkə hakimiyyəti Livanla sərhəddə yerləşən 14 şəhəri boşaldır.
Bu barədə ordunun teleqram kanalında məlumat verilib.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS İsrailə bir neçə min raket atıb və “Əl-Əqsa daşqını” əməliyyatının başladığını elan edib. Minlərlə yaraqlı İsrail ərazisini işğal edərək onlarla hərbi texnikanı ələ keçirib və 200-dən çox insanı girov götürüb. İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.
İsrail Müdafiə Qüvvələrinin cavab əməliyyatı “Dəmir qılınclar” adlanır. Əməliyyatın məqsədlərindən biri də HƏMAS-ın məhv edilməsidir. İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağında HƏMAS-ın yüzlərlə hədəfinə zərbələr endirib. Oktyabrın 13-də İsrail BMT-yə bildirib ki, Qəzzada quru əməliyyatı başlamazdan əvvəl 1,1 milyon fələstinli 24 saat ərzində Qəzzanın cənubuna təxliyə edilməlidir.//report
Oxşar xəbərlər
İsrail BMT-dən üzr istəməsini tələb edib
İsrail HƏMAS-ın “döyüş maşını” çevrilməsinə imkan verən BMT və Təhlükəsizlik Şurasının bəzi üzvlərindən üzr istəməsini tələb edib. “Report” xəbər verir ki, bu b...