Rejissordan "Napoleon"u bəyənməyənlərə: "Öz işinə bax" - FOTO
Rejissor Ridli Skott yeni təqdim olunan "Napoleon" filmini tənqid edən fransızlara etiraz edib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, 85 yaşlı rejissor filmi bəyənməyənlərə "Öz işinə bax" deyərək onları susdurub.
Skott Fransanın "Le Figaro", "Le Point" və "French GQ" kimi mətbuat orqanlarına etiraz edərək sərt reaksiya bildirib.
"BBC" kanalının əməkdaşı Skottdan bu tənqidləri necə qarşıladığını soruşduqda "Fransızlar özlərini belə sevmirlər. Bu filmi Parisdə göstərdiyim insanlar çox sevdi" deyə cavab verib. Ridli onu tənqid edən tarixçilərə isə "Həmin hadisələr baş verdikdə orada idiniz ki belə dəqiqliklə bilirsiniz hər şeyi?" deyərək qeyd edib.
Xatırladaq ki, imperatorun hakimiyyət illəri, o cümlədən həyat yoldaşı Jozefina ilə sevgi macərasından bəhs edən fimin premyerası bu həftə Parisdə baş tutub. Rejissor Ridli Skotun uzun müddətdir gözlənilən ekran əsərinin baş rolunda Hoakin Feniks çəkilib. Film Böyük Britaniya, Malta, Fransa və İranda lentə alınıb. Böyük Britaniya və Amerikadakı nümayişi zaman çox bəyənilən ekran işi Fransada qınanılıb.
Oxşar xəbərlər
"Napoleon" filmi Fransada bəyənilmədi - "Bonapartı dəcəl uşaq kimi təsvir ediblər" - FOTO
Fransa imperatoru Napoleon Bonapart haqqında çəkilən "Napoleon" filmi Fransada tənqidlərə məruz qalaraq bəyənilməyib. BAKU.WS xarici KİV-ə istinadən xəbər veri...