SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə ata və 5 yaşlı qızı yol qəzasında ölüb.

BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Zonquldak şəhərinin Ereğli rayonunda qeydə alınıb.

İddiaya görə, Kazım Özsoy maşını ilə yanacaq aldıqdan sonra geri dönərkən qəza törədib.

Maşın idarəetmədən çıxaraq aşıb. Qəzada avtomobildə olan ata Kazım Özsoy hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə gələn sağlamlıq qrupları avtomobildə yaralı halda tapılan Kazım Özsoyun 5 yaşlı qızı Nazife Özsoya ilkin tibbi yardım göstərib.

Ereğli Dövlət Xəstəxanasına aparılan uşağı bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

BAKU.WS