Taksimdə baş verən partlayışda həyatını itirənlərin kimliyi məlum oldu - FOTO
İstanbul şəhərinin İstiqlal küçəsində terror aktı zamanı həlak olan 6 nəfərin kimliyi məlum olub.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu jurnalistlərə açıqlamasında bildirib.
Məlumata görə, xain hücumda Arzu Özsoy və qızı Yağmur Uçar, Yusuf Meydan və qızı Ecrin Meydan, Adem Topkara və həyat yoldaşı Mukaddes Elif Topkara həlak olublar.
Hücum zamanı 38 yaşlı Arzu Özsoy 15 yaşlı qızı Yağmur Uçarla İstiqlal küçəsində olarkən həyatını itirib.
Ailə və Sosial Xidmətlər Nazirliyində işləyən 34 yaşlı Yusuf Meydan da 9 yaşlı qızı Ecrin ilə gözəl bazar günü keçirmək üçün Taksimdə olub. Ata və qızı mülki vətəndaşları hədəf alan terror aktının qurbanına çevrilib.
Taksim hadisələri zamanı ürəkləri dağlayan başqa bir hadisə isə həyatını itirən cütlükdür. Belə ki, həmin an İstiqlaliyyət küçəsindən keçən 40 yaşlı Adem Topkara 27 yaşlı həyat yoldaşı Mukaddes Elif Topkara ilə birlikdə dünyasını dəyişib.
Qeyd edək ki, partlayış zamanı ümumilikdə 6 nəfər həlak olub, 2-si ağır olmaqla 81 nəfər yaralanıb.
Oxşar xəbərlər
İstanbuldakı terrorun sifarişi bu yerdən gəlib ŞOK AÇIQLAMA - VİDEO
Ötən gün Türkiyənin İstanbul şəhərindəki İstiqlal küçəsində baş verən terror aktı zamanı 6 nəfər həyatını itirib, 81 nəfər yaralanıb. BAKU.WS xəbər verir ki, te...