SİZİN REKLAM BURADA!
055 213 76 73


Belçika hakimiyyəti Brüsseldə iki İsveç vətəndaşının ölümü ilə nəticələnən terror aktından sonra ölkədə yeni təhlükəsizlik tədbirləri tətbiq etmək qərarına gəlib.

"Report"un məlumatına görə, bu barədə krallığın Baş naziri Aleksandr de Kru mətbuat konfransında bildirib.

“Hökumət öz məsuliyyətini qəbul edir”, - Baş nazir deyib.

Xatırladaq ki, oktyabrın 16-da naməlum şəxs Belçika paytaxtının mərkəzində atəş açıb, hücum nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. Hadisə terror aktı kimi qiymətləndirilib.

Sonradan məlum olub ki, həlak olanlar AVRO-2024-ün seçmə turniri çərçivəsində yerli komandanın ev sahibliyi etdiyi futbol üzrə İsveç milli komandasının azarkeşləri olub. Bir gün sonra, oktyabrın 17-də polis terrorçunu zərərsizləşdirdiklərini açıqlayıb.

BAKU.WS