KİV: Bakı-Tbilisi dəmiryol nəqliyyatı bərpa olunur - TARİX AÇIQLANDI
Bakı ilə Tbilisi arasında gündəlik sərnişin dəmiryol nəqliyyatı 6 illik fasilədən sonra mayın 26-da bərpa olunacaq.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Hökumət Administrasiyasından məlumat verilib.
Məlumata görə, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirdiyi yüksəksəviyyəli görüşdən sonra elan edilib.
Danışıqlardan sonra İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb. Sənəddə, xüsusən Bakı-Tbilisi-Qars dəmiryolunun yeni hissəsinin tam şəkildə istifadəyə verilməsi nəzərdə tutulub, lakin istifadəyə verilmə tarixi ayrıca göstərilməyib.
Protokolu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvirişvili və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.
Bildirildiyi kimi, Tbilisi ilə Bakı arasında gündəlik sərnişin dəmiryolu daşımaları 6 illik fasilədən sonra 26 mayda bərpa olunacaq.
Oxşar xəbərlər
Bakı-Qəbələ-Bakı qatarları həftəsonları hər iki istiqamətə hərəkət edəcək
Yay mövsümünə keçidlə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfərlər iyunun 6-dan etibarən şənbə və bazar günləri ikitərəfli qaydada təşkil olunacaq. BAKU.WS...