Hansı bürclər pul üçün daha çox riskə gedir?
Astroloji inanclara görə, bəzi bürclər maddi qazanc və rahat həyat uğrunda daha riskli qərarlar verməyə meylli hesab olunur.
BAKU.WS xəbər verir ki, Buğa bürcü maliyyə sabitliyinə yüksək önəm verdiyi üçün pul qazanmaq və qorumaq naminə uzunmüddətli planlara və sərt qərarlara gedə bilir.
Əqrəb bürcünün isə məqsədyönlü və strateji xarakteri səbəbindən maddi maraqlar üçün daha kəskin və riskli addımlar ata bildiyi deyilir.
Oğlaq bürcü karyera və maliyyə uğurunu prioritet saydığı üçün məqsədə çatmaq üçün emosiyadan çox praktiki qərarlar verməyə üstünlük verir.
Şir bürcü isə maddi imkanları status və nüfuzla əlaqələndirdiyi üçün yüksək gəlir və rahat həyat üçün iddialı addımlar atmağa meylli sayılır.
Astroloji şərhlərə görə, bu bürclər pul motivasiyası ilə hərəkət etməyə daha yaxın hesab edilsə də, mütəxəssislər bildirirlər ki, real həyatda maliyyə davranışları bürcdən çox şəxsi xarakter, təcrübə və sosial mühitlə bağlıdır.
Oxşar xəbərlər
Yanvar-aprel aylarında 752 milyon manat müavinət və təqaüd ödənilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-aprel aylarında 997 min şəxsə 752 milyon mana...