Vüsal Nəsirli rəisi işdən çıxardı
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindəki "Avtomobil Yollarının Mühafizə Xidməti" publik hüquqi şəxsinin (PHŞ) rəisi vəzifəsindən azad edilib.
BAKU.WS qaynarinfo-ya istinadən xəbər verir ki, AAYDA sədri Vüsal Nəsirlinin müvafiq əmri ilə xidmətin rəisi Səftər İsmayılov işdən çıxarılıb.
Məlumata görə, Avtomobil Yollarının Mühafizə Xidmətində aparılan yoxlama zamanı ciddi pozuntular aşkarlanıb. Sözügedən qurumun bir sıra vəzifəli şəxsi barəsində araşdırmalara başlanılıb.
Məsələ ilə bağlı AAYDA-nın Mətbuat Xidməti ilə əlaqə saxlamağa cəhd edilib, lakin zənglərə cavab verən olmayıb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...