UN-Habibat: Azərbaycanın "ağıllı şəhər"lər ilə bağlı layihələri təqdirəlayiqdir

UN-Habibat: Azərbaycanın ağıllı şəhərlər ilə bağlı layihələri təqdirəlayiqdir
Foto
Sosial 28

Azərbaycan "ağıllı şəhər"lər və proqramların təşviqi istiqamətində uğurlu layihələr icra edir. Bu isə gələcəyin şəhərlərinin formalaşmasına dəstəkdir. Azərbaycan hökumətinin bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir.

BAKU.WS xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlaması zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndəsi Viklif Tonqva deyib.

"Biz nəqliyyat sistemini təkmilləşdirmək, şəhərlərimizin genişlənməsini təmin etmək, şəhərlərdə gənclərin mənzillə təmin olunmasını, uşaqlar üçün əyləncə məkanlarının olmasını istəyirik. Mən Azərbaycan hökumətinin dayanıqlı şəhərlərinin formalaşması istiqamətində atdığı bu səyləri, xüsusilə də innovativ yanaşma sərgiləyərək "ağıllı həll yollarını" tətbiq etməsini yüksək qiymətləndirirəm",- deyə o bildirib.

UN-Habibat: Azərbaycanın

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər