Keçmiş məcburi köçkünləri SEVİNDİRƏCƏK XƏBƏR - Bu ərazilərdə...
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti Bakı şəhəri və Qəbələ rayonunda yerləşən keçmiş məcburi köçkün qəsəbələrində binaların dam örtüklərini təmir etdirəcək.
BAKU.WS-in əldə etdiyi məlumata görə, yaşayış binalarında uzun müddət istifadə nəticəsində yararsız vəziyyətə düşmüş dam örtüklərinin və konstruksiyalarının yenilənməsi nəzərdə tutulur.
Layihənin ehtimal olunan dəyəri 1 milyon 400 min manat təşkil edir.
Məlumata görə, qəsəbələrdə aparılacaq işlər binaların təhlükəsizliyinin artırılması, yağış və qar sularının mənzillərə sızmasının qarşısının alınması, eləcə də məcburi köçkün ailələrinin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədi daşıyır.
Oxşar xəbərlər
Sərnişinə "Rədd olun, keçin arxaya" deyən sürücü işdən çıxarıldı
Bakıda 214 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda sərnişinlə mübahisə edən və ona qarşı nalayiq ifadələr işlədən sürücü işdən çıxarılıb. BAKU.WS "Bak...