Belçika paytaxtında atışma olub, ölənlər var

16
okt
2023
23:47
Belçikanın paytaxtı Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər ölüb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belçika polisi bildirib.
Yayılan görüntülərdə naməlum şəxsin bir neçə dəfə atəş açdığı əks olunub.
Ölənlərin İsveç milli futbol komandasının azarkeşləri olduğu deyilir.
Qeyd edək ki, İsveç bu axşam Heysel stadionunda AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika ilə qarşılaşır.
Polislər hadisə yerini mühasirəyə alıb. Atəş açan şəxsin axtarışları aparılır.
Oxşar xəbərlər
Ermənilər İsveç – Azərbaycan matçında təxribat törətməyi planlaşdırırlar
İsveçdəki erməni icmasının üzvləri martın 27-də futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu ölkənin Stokholm şəhərində keçiriləcək İsveç –...
