Belçikada terror aktından sonra təhlükəsizlik tədbirləri gücləndirilib
Belçika hakimiyyəti Brüsseldə iki İsveç vətəndaşının ölümü ilə nəticələnən terror aktından sonra ölkədə yeni təhlükəsizlik tədbirləri tətbiq etmək qərarına gəlib.
"Report"un məlumatına görə, bu barədə krallığın Baş naziri Aleksandr de Kru mətbuat konfransında bildirib.
“Hökumət öz məsuliyyətini qəbul edir”, - Baş nazir deyib.
Xatırladaq ki, oktyabrın 16-da naməlum şəxs Belçika paytaxtının mərkəzində atəş açıb, hücum nəticəsində iki nəfər ölüb, bir nəfər yaralanıb. Hadisə terror aktı kimi qiymətləndirilib.
Sonradan məlum olub ki, həlak olanlar AVRO-2024-ün seçmə turniri çərçivəsində yerli komandanın ev sahibliyi etdiyi futbol üzrə İsveç milli komandasının azarkeşləri olub. Bir gün sonra, oktyabrın 17-də polis terrorçunu zərərsizləşdirdiklərini açıqlayıb.
Oxşar xəbərlər
Belçika paytaxtında atışma olub, ölənlər var
Belçikanın paytaxtı Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər ölüb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belçika polisi bildirib. Y...