SİZİN REKLAM BURADA!
055 213 76 73


2023-cü ilin sonuna qədər Avropa İttifaqı Şurasına sədrlik edən İspaniya Yaxın Şərqdəki vəziyyətlə əlaqədar böhran mexanizmini işə salıb.

“Report” xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.

Bu, əsas məlumatların toplanması və böyük böhranlar zamanı siyasi qərarların sürətli koordinasiyası üçün olan prosedurdur.

Mexanizm humanitar yardım, qaçqın axını və təhlükəsizliklə bağlı məlumatları birləşdirmək məqsədi daşıyır. Mexanizm üzvləri oktyabrın 20-də müzakirələr üçün ilk iclasını keçirəcəklər.

Nəşr vurğulayır ki, Yaxın Şərq böhranı regionda zorakılığın artmasına gətirib çıxara və Aİ-nin xarici və daxili təhlükəsizliyinə təsir göstərə bilər. Qeyd olunur ki, mexanizm Ukraynadakı münaqişə səbəbindən və koronavirus pandemiyasının ən qaynar çağında artıq işə salınıb.

BAKU.WS