Boğazda yaranan qıcıqlanma mədə problemlərindən qaynaqlana bilər
Boğazda yanma, qıcıqlanma və quruluq hissi təkcə soyuqdəymə və ya infeksiyalarla deyil, mədə problemləri ilə də əlaqəli ola bilər. Həkimlərin sözlərinə görə, bu şikayətlər çox zaman reflüks xəstəliyinin əlaməti kimi ortaya çıxır.
BAKU.WS xəbər verir ki, mədə turşusunun qida borusuna və boğaza qalxması nəticəsində səs batması, boğazda düyün hissi və davamlı öskürək yarana bilər. Bu hallar xüsusilə gecə saatlarında və yeməkdən sonra daha qabarıq hiss olunur.
Mütəxəssislər bildirirlər ki, gec saatlarda ağır qidalar qəbul etmək, qazlı içkilər və stress mədə turşuluğunu artıraraq boğazda qıcıqlanmaya səbəb ola bilər. Belə hallarda həkimə müraciət etmək və düzgün qidalanma rejiminə əməl etmək tövsiyə olunur.
Oxşar xəbərlər
Naxçıvanın bir kəndində qaz kəsiləcək
Təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 2-də saat 14:30-dan işlər başa çatanadək Naxçıvan şəhərinin Tumbul kəndinin qaz təchizatında müvəqqəti fasilə yarana...