Ən dəlisov bürclər AÇIQLANDI
Astroloqların fikrincə, bürclər insan xarakterinə birbaşa təsir göstərir. Bəzi bürclər daha sakit və təmkinli xarakteri ilə seçildiyi halda, digərləri emosional, impulsiv və dəlisov davranışları ilə tanınır. Mütəxəssislər ən dəlisov bürclərin siyahısını açıqlayıb.
BAKU.WS xəbər verir ki, Qoç bürcü impulsivliyi və ani qərarları ilə ilk sırada yer alır. Bu bürcdən olanlar tez həyəcanlanır, risk etməyi sevir və çox zaman düşünmədən hərəkət edirlər.
Əkizlər dəyişkən xarakteri və qəfil əhval dəyişikliyi ilə tanınır. Onların bu xüsusiyyəti ətrafdakılar tərəfindən bəzən dəlisovluq kimi qiymətləndirilir.
Şir diqqət mərkəzində olmağı sevdiyi üçün bəzən həddindən artıq emosional və teatrallaşmış davranışlar sərgiləyə bilər. Bu da onları dəlisov bürclər sırasında göstərir.
Oxatan azadlıqsevər və macərapərəst xarakterə malikdir. Riskli addımlar atmaqdan çəkinməməsi Oxatanları ən dəlisov bürclərdən birinə çevirir.
Balıqlar isə emosional həssaslığı səbəbilə bəzən məntiqdən çox hisslərinə əsaslanaraq hərəkət edir. Bu da gözlənilməz davranışlara yol aça bilər.
Astroloqlar bildirirlər ki, bürclərin bu xüsusiyyətləri hər kəsdə eyni şəkildə özünü göstərmir və insanın tərbiyəsi, mühiti və həyat təcrübəsi də davranışlara ciddi təsir edir.
Oxşar xəbərlər
Boğazda yaranan qıcıqlanma mədə problemlərindən qaynaqlana bilər
Boğazda yanma, qıcıqlanma və quruluq hissi təkcə soyuqdəymə və ya infeksiyalarla deyil, mədə problemləri ilə də əlaqəli ola bilər. Həkimlərin sözlərinə görə, bu...