Ekstremal istilər azyaşlı uşaqların təhsilinə mənfi təsir göstərir

Ekstremal istilər azyaşlı uşaqların təhsilinə mənfi təsir göstərir
Sosial 43

Mütəmadi ekstremal istilərə məruz qalan azyaşlı uşaqların öyrənmə qabiliyyəti zəifləyir. Bu barədə Journal of Child Psychology and Psychiatry jurnalında dərc olunan elmi araşdırmada qeyd olunub.

BAKU.WS xəbər verir ki, araşdırmaya görə, hazırda dünyada uşaqların üçdə birindən çoxu anormal isti hava şəraitinin təsiri altındadır. Alimlər bildirirlər ki, bu amilin uşaqların erkən inkişafına təsirinin öyrənilməsi müvafiq siyasət və qoruyucu tədbirlərin hazırlanması baxımından mühüm əhəmiyyət daşıyır.

Tədqiqat çərçivəsində 2017–2020-ci illər ərzində Gürcüstan, Qambiya, Madaqaskar, Malavi, Syerra-Leone və Fələstin Dövlətindən olan 3–4 yaşlı 19 607 uşağın Erkən Uşaq İnkişafı İndeksi üzrə məlumatları təhlil edilib. Məlumatlar ERA5-Land temperatur bazası ilə müqayisə olunub.

Nəticələr göstərib ki, orta maksimum temperaturun 32 dərəcədən yuxarı olduğu ərazilərdə yaşayan uşaqlar oxu-yazı və hesablama bacarıqlarında daha zəif nəticələr göstəriblər. Bu təsir xüsusilə aztəminatlı ailələrdən olan, şəhər mühitində yaşayan və təmiz su ilə kanalizasiyaya çıxışı olmayan uşaqlarda daha qabarıq müşahidə edilib.

Mütəxəssislərin fikrincə, həddindən artıq istilər susuzlaşma, stressin artması, yuxu pozuntuları və fiziki aktivliyin azalması kimi amillər vasitəsilə uşaqların zehni inkişafına mənfi təsir göstərə bilər.

Oxşar xəbərlər

Ən dəlisov bürclər AÇIQLANDI

Ən dəlisov bürclər AÇIQLANDI

Astroloqların fikrincə, bürclər insan xarakterinə birbaşa təsir göstərir. Bəzi bürclər daha sakit və təmkinli xarakteri ilə seçildiyi halda, digərləri emosional...

83 Sosial 23:59 14 dekabr 2025

Son xəbərlər